Dünya 11:09 18.03.2020

ABŞ-dan ilk dəfə: “Türk əsgərlərinin ölümündə birbaşa Moskvanın əli var”

ABŞ dövlət katibi Mayk Pompeo Türk hərbçilərinin ölümündə Rusiyanın günahkar olduğunu bildirib.

Qaynarinfo bu barədə Reuters-ə istinadən xəbər verir.

"Biz hesab edirik ki, Rusiya Suriyadakı hərbi əməliyyat zamanı onlarla türk əsgərini öldürüb. NATO müttəfiqimiz olaraq Türkiyəni dəstəkləyirik", - Pompeo deyib.

Bununla ilk dəfədir ki, Vaşinqtonun türk əsgərlərinin ölümündə iştirakla bağlı birbaşa Moskvanı ittiham edir.

Fevral ayında Türkiyə Suriyada ən azı 62 əsgərini itirib, 100-ə yaxın əsgər yaralandı, onlarla Türk zirehli texnikası məhv edilib və pilotsuz aparatlar da daxil olmaqla ondan çox dronu vurulub.

Martın 5-də Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan İdlib de-eskalasiya zonasında atəşkəs rejiminin qüvvəyə minməsinə dair razılığa gəlib. Suriya prezidenti Bəşər Əsəd daha sonra ABŞ və Türkiyə hərbi qüvvələrinin ölkəni tərk etməyəcəyi təqdirdə Dəməşqin güc tətbiq edə biləcəyini söyləyib.
 
Alpər