Dünya 12:52 22.10.2019

ABŞ-ın gizli planı üzə çıxdı: Esper dünyaya açıqladı

Öz qoşunlarını Suriyadan tamamən çəkmək qərarı vermiş ABŞ-ın Müdafiə naziri Esper yeni açıqlamasıyla dünyanı təəccüblənirib.

Qaynarinfo xəbər verir ki, Esper Suriyanın şərqində neft üçün müəyyən sayda əsgər saxlayacaqlarını bəyan edib.

ABŞ Müdafiə naziri Mark Esper işlənən variantlardan birinin ABŞ əsgərlərinin Suriyanın şərqindəki neft mədənlərində qalması olduğunu bildirib. Esper bunu neftin terror təşkilatı İŞİD və başqalarının əlinə keçməsinin qarşısını almaq istəyi ilə əlaqələndirib. Nazir deyib:

"O ərazidə bir neçə şəhərdə qoşunlarımız var. Məqsəd neft gəlirlərinin xüsusən İŞİD və digər qrupların pis məqsədlər üçün istifadə etməsinin qarşısını almaqdır. Ancaq hələ ki, bölgədə qalacaq əsgərlərin sayı və ya buna bənzər məsələlərlə bağlı bir qərar yoxdur”.

"Nyu York Tayms” qəzeti də Trampın Pentaqonun Suriyanın şərqində 200-ə yaxın əsgər yerləşdirmək planını qəbul edəcəyini bildirib. Hesabatda planın iki səbəbinin olduğu göstərilib: İŞİD-lə mübarizə və Neftin Rusiya və Əsəd rejiminin əlinə keçməməsi.

"The Wall Street Journal” (WSJ) isə bu planın Trampa keçən həftə respublikaçı senator Lindsi Qraham tərəfindən təqdim edildiyini yazıb. Qəzetə görə, Pentaqon, bu məqsədlə Suriyanın məlum ərazilərində 300 əsgər yerləşdirilə biləcəyini açıqlayıb. Qrehem Amerikan "Fox News”a neft sahələrini kürdlərin xeyrinə modernləşdirə biləcəklərini deyib: 

"Biz İranın neft yataqlarını ələ keçirməsinə imkan verməyəcəyik. Bizə İŞİD-i yox etmək və yox edilmiş halda saxlaya bilmək üçün kömək edən SDG ilə neft yataqlarının yenilənməsində tərəfdaşlıq astanasında olduğumuzu və gəliri İranın və Əsədin deyil, kürdlərin alacaqlarına əmin olduğumuzu düşünürəm. Bu, gələcəkdə onların bizə olan sədaqətinə əvəz ödəməyimizə yardım edəcək”.

Xatırladaq ki, ABŞ-ın geri çəkilmə əmrindən əvvəl Suriyanın şimalında təxminən 1000 əsgəri olub. Suriyanın cənubundakı Əl-Tanf bölgəsində hələ də təxminən 125 ABŞ əsgərinin olduğu bildirilir.

Alpər