O, Hillari Klintonu əvəz edəcək
Prezident Barak Obama tərəfindən dövlət katibliyinə namizəd göstərilən Massaçusets qubernatoru Con Kerri Dövlət katibi kimi təsdiq edilib. “Guardian”ın verdiyi xəbərə görə, Senatda keçirilən səsvermədə 94/3 səs çoxluğu ilə Kerri Obamanın yeni Dövlət katibi seçilib.
3 Respublikaçı senator isə səsvermədə iştirak etməyib.
2004-cü ilki seçkilərdə Corc Buşa məğlub olan Kerrinin bu həftəbaş katib kimi andiçməsi gözlənilir.
Şərhlər