Xəbər lenti

ABŞ: Rusiya Ukraynanı işğal etmək üçün
Dünya 15:11 16.01.2022

ABŞ: Rusiya Ukraynanı işğal etmək üçün "saxta bayraq əməliyyatı"na hazırlaşır

ABŞ və Rusiya arasında Ukrayna gərginliyi davam edir.

Qaynarinfo xəbər verir ki, gərginliyin artdığı bir vaxtda ABŞ rəhbərliyindən önəmli xəbərdarlıq gəlib. İddia olunub ki, Rusiya Ukraynanı işğal etmək üçün bəhanə axtarır və "saxta bayraq əməliyyatı"na start verərək bu ölkəyə hücum edəcək.

Ağ Ev sözçüsü Cen Psaki açıqlamasında ölkəsinin diplomatiyanın səmərə verməyəcəyi halda Rusiyanın insan haqlarını geniş şəkildə pozmasından və müharibə ilə nəticələnəcək bir işğala hazırlanmasından narahat olduğunu bildirib.

"Rusiya planın bir parçası olaraq işğala səbəb tapmaq üçün yalançı bəhanə variantının əsasını qoymağı düşünür. Bura Ukraynanı ölkənin şərqində Rusiya hərbi birləşmələrinə qarşı hücum hazırlamaqda və təxribat törətməkdə ittiham etmək daxildir" deyə Cen Psaki bildirib.

Məsələ ilə bağlı açıqlama verən Pentaqon sözçüsü Con Kirbi də Rusiyanın Ukraynaya hücum etmək üçün bəhanə axtardığını bildirib: "Çox təfarrüata varmadan deyə bilərəm ki, əlimizdə Rusiyanın hazırda Ukraynaya potensial hücumu və işğala hazırlıq üçün bəhanə yaratmağa çalışması barədə məluamatlar var".

ABŞ mediasının iddiasına görə, Rusiyanın bir qrup casusu Ukraynanın şərqində "saxta bayraq əməliyyatı" üçün hazır vəziyyətə gətirilib. Casusların Rusiyanın öz qüvvələrinə qarşı təxribat aktı həyata keçirmək üçün partlayıcılardan istifadə üzrə təlim keçdiyi iddia edilib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->