Vəkil Ceyhun Yusifovun şikayəti əsasında 6 aylıq həbsə məhkum edilən həmkarı Adəm Məmmədov narazıdır.
"Qafqazinfo”nun məlumatına görə, A.Məmmədov Nərimanov Rayon Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.
Onunla birgə islah işləri cəzasına məhkum edilmiş qardaşı Xəyyam Məmmədov da cəza ilə razılaşmır.
Təhqir və böhtan cinayətlərində təqsirli bilinən qardaşların ikisi də bəraət istəyir.
Şikayətlərə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, Adəm Məmmədov qardaşı ilə birgə rəhbərlik etdiyi saytda vəkil Ceyhun Yusifovu ağır cinayətdə ittiham etmişdi.
Şərhlər