AFFA milli komandamıza yeni baş məşqçi təyin edib.
Qaynarinfo xəbər verir ki, bu barədə qurumun İcraiyyə Komitəsinin SOCAR-ın inzibati binasında baş tutan iclasında qərar qəbul olunub.
Qərara əsasən, Nikola Yurçeviç əsas milli komandamıza baş məşqçi təyin edilib. Yaxın günlərdə məşqçi ilə müvafiq müqavilə imzalanacaq.
İcraiyyə Komitəsi həmçinin aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçilərini də təsdiq edib. Qərara əsasən, Milan Obradoviç U-21, Samir Əliyev U-19, Miloş Velebit U-15 və U-16 yığmalarına rəhbərlik edəcək.
Miloş Velebit həmçinin, U-15, U-16, U-17, U-18 və U-19 milli komandalarının koordinatoru kimi fəaliyyət göstərəcək.
Şərhlər