Mütəxəssislər hansı filmin izləyiciləri daha çox qorxutduğunu müəyyən edib.
Qaynarinfo Forbes-ə istinadla xəbər verir ki, "Broadbandchoices”in araşdırması çərçivəsində mütəxəssislər ən böyük film saytları IMDb, Rotten Tomatoes və Reddit-ə görə ilk 50 qorxu filmindəki izləyicilərin ürək döyüntülərini analiz edib.
Ən qorxunc film rejissor Skott Derriksonun çəkdiyi "Sinister” (2012) filmi olub. Buna baxarkən könüllülərin ürəkləri dəqiqədə 186 dəfə döyündü - bu, araşdırmadakı ortalama göstəricidən üç dəfə çoxdur.
İkinci yerdə - Ceyms Vanq tərəfindən hazırlanan "Astral" (2010): tamaşaçıların nəbzini dəqiqədə 133 dəfə vurub.
Üçüncü yeri eyni rejissorun "Lənət" filmi tutub (nəbz dəqiqədə 129 dəfə vurub).
Alpər
Şərhlər