Xəbər lenti

İdman 18:07 06.06.2019

Amerikalı iş adamı məşhur İtaliya klubunu satın aldı

İtaliyanın "Fiorentina" klubu satılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 

Bildirilib ki, A Seriyası təmsilçisinin səhmlərini Della Valle ailəsindən amerikalı iş adamı Rokko Kommisso alıb. "Nyu-York Kosmos"un da sahibi olan 69 yaşlı iş adamının "Fiorentina" üçün 160 milyon avro ödədəyi bildirilir.

Qeyd edək ki, "Fiorentina" klubu 29 avqust 1926-cı ildə yaradılıb. 93 yaşlı Florensiya təmsilçisi tarixi ərzində A Seriyasının qızıl (2 dəfə), gümüş (5) medallarını, İtaliya Kubokubu (6), ölkə Super Kubokunu (1) qazanıb, Çempionlar Liqasının (həmin vaxt Çempionlar Kuboku) və UEFA Kubokunda final oynayıb, Kuboklar Kubokuna sahib çıxıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?