Amerikalı kosmonavtlar tezliklə Rusiyanın "Soyuz" kosmik gəmisində uçmaqdan imtina eütməyi planlaşdırır. Bu vəziyyət eyni anda bir neçə problem yaradır.
Qaynarinfo xəbər verir ki, bu haqda Kosmik Siyasət İnstitutunun rəhbəri İvan Moiseyev deyib.
O qeyd edib ki, Amerika kosmonavtları 2020 və 2021-ci illərdə Beynəlxalq Kosmik Stansiyaya (BKS) gedə bilməyəcək, Rusiya isə çox pul itirəcək. Rusiya tərəfi bir kosmonavtın stansiyaya çatdırılması üçün orta hesabla 85 milyon dollar alırdı.
"Soyuz”un xarici vətəndaşların BKS-ə çatdırılma vasitəsi kimi istifadəsinin dayandırılması bizim üçün böyük itkidir. Söhbət böyük pullardan gedir. Onlar bütün uçuşun, o cümlədən kosmonavtlarımızın da xərcini ödəyirlər”, - Moiseyev bildirib.
İndi "Roscosmos” NASA ilə əməkdaşlığa alternativ tapmağa çalışır, lakin bu günə qədər yalnız bir seçim mövcuddur - kosmik turistlər. Bu isə sabit olmayan qazandır.
Xatırladaq ki, son 19 ildə ilk dəfə Beynəlxalq Kosmik Stansiyaya "Soyuz”un tərkibində yalnız Rusiya ekipajı gedəcək. Xarici kosmonavtlar 2020-ci ilin oktyabrı, 2021-ci ilin əvvəlində baş tutacaq uçuşlar üçün heyətə düşməyib.
Alpər
Şərhlər