Ötən gün ssenarist Fariz Əliyevin ARB TV-də baş produsser vəzifəsinə təyin olunması ilə bağlı xəbərlər yayılıb.
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən ARB TV-nin mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli bu məlumatı təkzib edib:
"Hazırda ARB TV-də baş produsser vəzifəsi yoxdur. Təyinat xəbəri yayılan ssenarist Fariz Əliyev ARB TV-də çalışmır. O, yalnız efirimizdə yayımlanan "Baldız" və "Söhbət var" kimi prodakşn layihələrində çalışır".
Şərhlər