29 avqust – 4 sentyabr 2025-ci il tarixlərində Bolqarıstan Respublikasının Şumen şəhərində təşkil edilən 9-cu Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (https://2025.ejoi.org) keçirilib.
Bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutundan məlumat verilib.
Bildirilib ki, 24 ölkədən 96 məktəblinin iştirak etdiyi müsabiqədə məktəblilərimiz uğurla çıxış edərək medallarla geri dönürlər. Belə ki, Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyinin 9-cu sinif şagirdi Fateh Əhmədzadə və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Əkbər Əhmədov, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin 9-cu sinif şagirdi Ömər Əliməmmədzadə bürünc medal qazanıblar.
Qeyd edilib ki, Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında məktəblilərimiz 2017-ci ildən etibarən iştirak edirlər və indiyədək 4 gümüş, 11 bürünc medal qazanıblar. İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi "Azercell Telekom” MMC-nin və Təhsil İnstitutunun əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Şərhlər