Avropa İttifaqı (Aİ) 2031-ci ilə qədər hərbi xərclərini 2 trilyon avro artırmaq niyyətindədir.
Qaynarinfo xəbər verir ki, bunu Avropa İttifaqı diplomatiyasının rəhbəri Kaya Kallas bildirib.
"2031-ci ilə qədər Avropa İttifaqı hərbi xərclərini 2 trilyon avro artırmaq niyyətindədir", deyə Kallas qeyd edib.
Kallas Aİ-nin militarizasiyasını sürətləndirməkdə israr etməyə davam edəcəyini və hərbi xərcləri daha da artırmaq üçün birlik ölkələrini itələyəcəyini deyib.
Ötən həftə Ağ Evdə jurnalistlər qarşısında çıxışı zamanı Donald Tramp ABŞ-ın artıq Ukraynaya hərbi yardım üçün pul xərcləmədiyini bildirib. Onun sözlərinə görə, bu, Amerikanın NATO müttəfiqlərinin müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırması sayəsində mümkün olub. Yəni onlar indi ABŞ-dan silah alır, sonra öz şərtləri ilə Kiyevə verirlər.
İyulun sonunda Tramp bəyan edib ki, ABŞ və Aİ arasında müqavilə imzalanıb və ona görə Avropa ölkələri bütün hərbi texnikanın dəyərinin 100%-ni ödəyəcək. Ağ Ev rəhbəri silahların böyük hissəsinin Ukraynaya gedəcəyini vurğulayıb. ABŞ Avropadan aldığı pulları müdafiə şirkətlərinə xərcləməyi planlaşdırır. Tramp qeyd edib ki, belə bir razılaşma Avropa ilə üç il əvvəl bağlanmalı idi.
Aydın
Şərhlər