Siyasət 15:40 06.06.2023

Arif Əliyev: ”Qarabağdakı ermənilərin taleyi ilə bağlı bu addımları ata bilərik”

"Mövcud vəziyyətdə sülh müqaviləsinin hansı mərhələdə imzalanıb-imzalanmayacağını, prosesdə irəliləyiş olub-olmayacağlnı söyləmək çətindir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında iyunun 12-də Vaşinqtonda olacaq növbəti görüşü şərh edərkən deyib. Onun sözlərinə görə, hər şey sülh müqaviləsinin imzalanmasına hazırdır. 

"Ümumi ortaq prinsiplər, müqavilənin necə olması anlayışı və bununla bağlı ortalıqda ortaq fikir var. Hər şey bir sıra ətraf elementlərdən asılıdır. Amma  onların hamısının nə zaman uyğun gələcəyini söyləmək çətindir. Yəni məqamın nə zaman   yetişəcəyini demək mümkünsüzdür. Elə bir məqam  ola bilər ki, ona təsir edən digər tərəflər daha zəif  olsun. Digər bir məqam isə, prosesin Ermənistan daxilində güclü etiraz müqaviməti oyatmamasına nail olmaqla bağlıdır. Sülh müqaviləsinə gəldikdə,  əsas sayıla biləcək 5 maddəlik çərçivə müqaviləsinin demək olar ki, hamısı barədə artıq ortaq məxrəcə gəliblər. Düzdür, burada Qarabağ ermənilərinin  hüquqları, onlar üçün hansısa mexanizmlərin yaradılmasından da söhbət gedə bilər. Amma  xatırlatmaq istəyirəm ki, sonuncu çıxışlarından birində Paşinyan heç zaman işlətmədiyi ifadəni işlədib”, deyə siyasi şəthçi vurğulayıb. 

A.Əliyev deyib ki, Qarabağdakı ermənilərin taleyinin həllilə bağlı 3 yol var və birinci iki yol olmasa, onların hamısını Ermənistanda yerləşdirməyə hazırıq. 

Qeyd edək ki, iyunun 12-də Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında növbəti görüş planlaşdırılır. Həm Bakı, həm də İrəvan bunu təsdiqləyiblər. 

Rüfət Sultan