Xəbər lenti

Avropada hərbçilərin Ukraynaya göndərilməsi gizli şəkildə müzakirə olunur
Dünya 20:06 15.02.2025

Avropada hərbçilərin Ukraynaya göndərilməsi gizli şəkildə müzakirə olunur

Bir neçə Avropa ölkəsi münaqişə başa çatdıqdan sonra öz hərbçilərini Ukrayna ərazisinə göndərmək imkanını gizli şəkildə müzakirə edir.

"Report” xəbər verir ki, bu barədə "Associated Press” Estoniyanın müdafiə naziri Hanno Pevkura istinadən məlumat yayıb.

O, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində müzakirələrin çox erkən mərhələdə olduğunu bildirib. Nazirin sözlərinə görə, münaqişə başa çatdıqdan sonra "Avropa üçün orada olmaq da problem olmayacaq”.

Xatırladaq ki, bir sıra KİV-lərin qiymətləndirməsinə görə, Almaniyanın xarici işlər naziri Annalena Berbok 2024-cü il dekabrın 3-də Brüsseldə NATO ölkələrinin xarici işlər nazirlərinin görüşündə döyüş əməliyyatları dayandırıldığı təqdirdə Ukraynaya almaniyalı sülhməramlıların göndərilməsi ehtimalını istisna etməyib. Onun sözlərinə görə, alyansa üzvlük şəklində təhlükəsizlik zəmanətləri ilə yanaşı, atəşkəsə riayət olunmasını təmin etmək üçün beynəlxalq iştirakı nəzərdən keçirmək olar.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->