Balkan Azad Media Təşəbbüsündə (BFMI) tədqiqat və kommunikasiyalar meneceri Aleksandra Karppi və layihə koordinatoru Vanesa Valçeva bildirirlər ki, mətbuat azadlığının artıq zəiflədiyi bir regionda "Al Jazeera Balkans” sadəcə növbəti qurban olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Poitico”nun məqaləsində
deyilir.
2025-ci il indiyədək Qərb Balkanlarında üç onillik boyu sülh və demokratiya üçün önəmli olmuş bir sıra köhnə media qurumunun bağlanmasına şahid olub. Bu media nəzarət orqanlarının yoxluğu və şəffaflıq imkanlarının azalması regionda hökumət repressiyalarının artmasını qaçılmaz edir.
Bu bağlanmaların təsiri daha da genişlənəcək. Bu, qlobal demokratiya üçün təhlukəli bir yeni fəsli — "post-jurnalistika" dönəmini əlamətləndirir. Bu dövrdə həqiqət əhəmiyyətsizləşir.
2025-ci il Avropa mediası üçün dirçəliş ili olmalı idi. Brüssel yeni mətbuat azadlığı qanunvericiliyi qəbul etməli idi. Ancaq Avropanın ətrafında olan jurnalislər tam ölçüdə bir böhranla üz-üzə qaldı.
ABŞ prezidenti Donald Tramp andiçməsindən bir neçə gün sonra Xarici Şöbə və USAID-in xarici maliyyələşdirməsini dondurdu, 1 iyulda USAID-i tamamilə bağladı. Minlərlə mütəqil media orqanı bu iki quruma arxalanırdı və nəticədə işçi ixtisarı, işə son qoyulması və ofislərin bağlanması kimi hallar baş verdi.
Martda Tramp, VOA və Azadlıq Radiosu kimi önəmli qurumları maliyyələşdirən ABŞ Qlobal Media Agentliyini faktiki olaraq ləğv etdi. Bu qurumlar onillərlərdir avtoritar rejimlər barədə reportajlar yayımlayırdı.
Davam edən hüuquqi mübahisələrə baxmayaraq, bu qurumlarda işçi ixtisarları davam edir. "Al Jazeera Balkans” da 14 ildən sonra yayıma son verəcəyini açıqlayıb.
Mütəqil medianın illərdir maliyyə problemi olsa da, Tramp administrasiyasının donor maliyyələrini ani şəkildə dayandırması ciddi və bərpaolunmaz bir ziyan vurub.
"Al Jazeera Balkans”, VOA və RFE/RL kimi qurumlar vətəndaşlara hakimiyyətin sui-istifadə hallarını ifşa etmək və hesab sorğulaması üçün tribuna verirdi. Bu, xüsusilə dövlətə tabe olan media bazarları olan Balkanlar kimi regionlarda olduqca əhəmiyyətli idi.
Bu addımların təsiri dərhal Serbiyada hiss olunacaq. Burada, növbəti repressiya dalğaları mətbuat və vətəndaş cəmiyyəti üzərindən gedir. Bunun mərkəzində 2024-nün noyabr ayında baş verən korrupsiya qalmaqalından sonra başlayan tələbə etirazları dayanır.
Tramp rəsmiləri USAID fondlarının "sui-istifadə" edildiyini bildirdikdən sonra Serbiya polisi fevralda dörd qurumun ofisini basqıya məruz qoydu. Martda daha çox media bağlandı, BIRN kimi mətbuat orqanları qaralandı.
Bu, ən ciddi nümunədir, lakin Kosovodaki siyasi qeyri-sabitlik, Şimali Makedoniyada etnik gərginlik, Bosniya-Herseqovinada separatçı böhran da gələcək tərəddüdlərinin siqnalını verir. Bu zaman insanlar dəqiq məlumatlara daha çox ehtiyac duyacaq.
1990-cı illərdə Qərb hökumətləri post-münaqşiət cəmiyyətlərini avtoritar geri dönüşdən qorumaq üçün media quruculuğuna milyonlarla investisiya qoydular. O vaxt jurnalistika sadəcə faktlar deyil, sülh, azad bazar və demokratiyanın sütunu kimi qavranılırdı. "Al Jazeera Balkans”, VOA və RFE/RL bu məqsədlə yaradıldı.
Amma bu gün aydın olur ki, bu layihə uduzulub. "Al Jazeera Balkans” bağlananda, bu tək nüfuzlu bir kanalın deyil, jurnalistikanın özünü itirməsinin, "post-jurnalistika" dönəminin başladığının simvoluna çevriləcək.
Bu reallıqda məlumat çox olacaq, amma əhəmiyyəti olmayacaq; həqiqət texniki olaraq əlçatan olacaq, amma struktur baxımından başqa məqsədlər üçün kənara qoyulacaq. Media strukturu qalacaq, amma dezinformasiya, güvənsizlik və donor yorğunluğu ilə mənadan təmizlənmiş olacaq. Bu sadəcə azad mediadan senzuranın yeni formalarına keçid deyil. Bu, eyni zamanda yeni bir dünya nizamına sürüklənmədir — və bu, artıq informasiya müharibəsini udan avtoritarlar üçün bir cənnətdir.
Qərb Balkanlarında köhnə medianın bağlanması, Avropada onillərlər boyu avtoritar repressiyaya qarşı mübarizənin sonudur. Bu balaca region indi gələcəyin nəyə bənzəyəcəyinin real zamanlı sınağına çevrilib — əgər demokratik cəmiyyət hərəkətə keçməzsə.
Avropa qurumları sadəcən xilasetmə və ya media "qızıl dövrü"nü xatırlamaqdan dərhal uzaqlaşmalıdır. Məqsəd tək köhnə media orqanlarını qorumaq deyil —maliyyə, infrastruktur və siyasi iradə baxımından lazımi imkanlarla birlikdə jurnalistikanı ictimai bir dəyər kimi bərpasına nail olmaqdır.
Avropa ilk olaraq kollektiv düşüncə tərzində dəyişikliyə ehtiyac duyur. Brüssel jurnalistikanı demokratiyanın yan tərəfi yox, onun ayrılmaz hissəsi kimi görməlidir.
Alpər
Şərhlər