Xəbər lenti

İlham Əliyev Tofiq Bakıxanovla bağlı sərəncam imzaladı
Sənət 11:36 08.12.2025

İlham Əliyev Tofiq Bakıxanovla bağlı sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev Tofiq Bakıxanovun 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, dövlət başçısının imzaladığı sənəddə deyilir:

"Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Tofiq Əhməd Ağa oğlu Bakıxanov 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilsin".

Qeyd edək ki, Azərbaycanın görkəmli bəstəkarı, SSR xalq artisti, professor Tofiq Bakıxanovun bu gün 95 yaşı tamam olur.
--> -->