XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

“Kəpəz” “Araz-Naxçıvan”a qalib gəldi
İdman20:02 09.10.2026

“Kəpəz” “Araz-Naxçıvan”a qalib gəldi

Milli komandaların oyunlarına görə Misli Premyer Liqasında yaranmış 19 günlük fasilə bu gün başa çatıb.

Qaynarinfo xəbər verir ki, oyunlar 7-ci turun matçları ilə bərpa olunub.

Bu günə nəzərdə tutulan 2 oyundan 1-i başa çatıb. “Araz-Naxçıvan” ukraynalı yeni baş məşqçisi Yuri Maksimovun rəhbərliyi altında ilk görüşünə çıxıb. Komanda evdə “Kəpəz”ə uduzub.

16:00. “Araz-Naxçıvan” – “Kəpəz” - 0:2

Qollar: Benito, 31, Rəhman Hacıyev, 86

Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Tərlan Talıbzadə, Niyaz Əhmədov Rəvan Həmzəzadə (VAR, Şirmamed Mamedov (AVAR)
Şamaxı şəhər stadionu