
Gədəbəy rayonunda dəmir təkər açarı ilə iki nəfəri döyərək xuliqanlıq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
Qaynarinfo xəbər verir ki, 2004-cü il təvəllüdlü, Gədəbəy rayonunun Çalburun kənd sakini Mamed Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib.
Hadisə 2025-ci ildə rayonun Miskinli kəndinin mərkəzində baş verib. Mübahisə zamanı Mamed dəmir təkər açarı ilə Cahid Həsənovun baş nahiyəsinə bir neçə zərbə vurub. Daha sonra onu sakitləşdirməyə çalışan Səday Mehdiyevə də hücum edib.
Səday Mehdiyev qaçaraq yaxınlıqdakı “Ucuzluq” marketinə sığınıb. Lakin Mamed onun arxasınca marketə daxil olaraq yumruqla sifətinə zərbə endirib. Hadisə nəticəsində hər iki şəxs yüngül xəsarət alıb.
Məhkəmədə təqsirləndirilən şəxs əməlini etiraf edib. Zərərçəkmişlər onunla barışdıqlarını, dəymiş ziyanın ödənildiyini bildirərək şikayətçi olmadıqlarını deyiblər.
Gədəbəy Rayon Məhkəməsinin hökmü ilə Mamed Cinayət Məcəlləsinin 221.3-cü maddəsi üzrə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin cəza şərti hesab olunub və onun barəsində 1 il sınaq müddəti müəyyən edilib.
Həmçinin məhkumun icra və probasiya qurumuna məlumat vermədən Gədəbəy rayonunun hüdudlarını və iş yerini tərk etməməsi qərara alınıb.
Aydın

Şərhlər