
Türkiyə Futbol Federasiyası (TFF) milli komandanın baş məşqçisi Vinçenzo Montella ilə əməkdaşlığı davam etdirməmək qərarı verib.
Qaynarinfo xəbər verir ki, bu barədə federasiyanın rəsmi sosial media hesablarında məlumat yayılıb.
TFF İdarə Heyətinin oktyabrın 9-da keçirdiyi iclasda Montella ilə yolların ayrılması qərara alınıb. Bununla da italiyalı mütəxəssisin Türkiyə millisindəki fəaliyyəti başa çatıb.
İclasda digər kadr dəyişiklikləri ilə bağlı da qərarlar qəbul edilib. Federasiyanın daha əvvəl istefa vermiş iki əsas idarə heyəti üzvünün yerinə ehtiyat üzvlər İbrahim Özbay və Metin Akyüz təyin olunublar.
Bundan başqa, istefasını TFF İdarə Heyətinə təqdim edən baş katib Abdullah Ayazın yerinə federasiyanın Qeydiyyat İşləri üzrə direktoru Ahmet Erzurumlu gətirilib.
TFF-nin açıqlamasında İdarə Heyətinin növbəti seçkili ümumi yığıncağa qədər fəaliyyətini davam etdirəcəyi də bildirilib.
Aydın
Şərhlər