XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Sumqayıt Uşaq Xəstəxanasında 11 uşaqda allergiya hadisəsi ilə bağlı araşdırma aparılır
Ölkə18:47 09.10.2026

Sumqayıt Uşaq Xəstəxanasında 11 uşaqda allergiya hadisəsi ilə bağlı araşdırma aparılır

TƏBİB və Səhiyyə Nazirliyinin mütəxəssisləri Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında stasionar müalicə alan 11 uşaqda müşahidə olunan dərman allergiyası hadisəsi ilə bağlı araşdırma aparır.

Bu barədə Qaynarinfo-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, istifadə olunmuş dərman vasitəsindən müvafiq nümunələr götürülüb.

"Uşaqlara dərhal zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların vəziyyəti stabil qiymətləndirilir və diaqnozlarına uyğun müalicələri davam etdirilir. Onlardan 4-nün vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb", - məlumatda vurğulanıb.

Qeyd edək ki, həmin uşaqlar hadisədən əvvəl respirator virus infeksiyası səbəbi ilə xəstəxanada müalicə alıblar.