XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi
Texnologiya18:22 09.10.2026

Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi

Süni intellekt şirkəti “Anthropic” "Claude" çat-botundan istifadə qaydalarını yeniləyərək neyron şəbəkənin qəsdən və sistematik şəkildə təhqir edilməsini qadağan edib. Yeni qaydaları pozan istifadəçilərin söhbəti birtərəfli qaydada dayandırıla, müstəsna hallarda isə platformadakı hesabları bloklana bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.

Yenilik 12 noyabr 2026-cı ildən qüvvəyə minəcək. Şirkətdən bildirilib ki, məhdudiyyətlər əsasən heç bir aydın səbəb olmadan süni intellektə qarşı davamlı təhqiramiz davranışlara aiddir.

Bununla yanaşı, "Claude"un cavablarını tənqid etmək, narazılıq bildirmək, onunla mübahisə etmək və fikirlərinə etiraz etmək qadağan olunmur. Həmçinin qaranlıq mövzulu bədii ssenarilər və tədqiqat məqsədli stress-testlər də sanksiyalara səbəb olmayacaq.

Süni intellektin hissləri ola bilərmi?

Qərar süni intellektin mümkün şüuru və mənəvi statusu ilə bağlı müzakirələrin davam etdiyi bir vaxta təsadüf edir. “Anthropic” 2026-cı ilin yanvarında Claude üçün yeni “konstitusiya” dərc edib. Sənəddə süni intellekt modelinin özünəməxsus dəyəri, eləcə də onda emosiyalara və hisslərə bənzər funksional proseslərin mövcud ola bilməsi məsələlərinə toxunulub.

“Anthropic”in həmtəsisçisi Kristofer Ola da bu mövzunu din xadimləri, filosoflar və psixi sağlamlıq mütəxəssisləri ilə müzakirə edib. Onun sözlərinə görə, bəzi tədqiqatçılar neyron şəbəkələrin fəaliyyətində insan beyninin müəyyən mexanizmlərini xatırladan proseslər müşahidə edirlər. Bununla belə, belə oxşarlıqlar süni intellektin şüura malik olduğunu və ya həqiqi hisslər yaşadığını sübut etmir.

Nəşrin diqqətə çatdırdığı məqamlardan biri də yeni qaydaların birbaşa süni intellektə yönəlmiş olmasıdır. Əvvəlki məhdudiyyətlər əsasən insanları, heyvanları və müxtəlif qrupları qorumağa yönəldiyi halda, bu yenilik çat-botla ünsiyyətdə davranış qaydalarını ayrıca müəyyənləşdirir.

Aydın