
Misli Premyer Liqasının VII turunda "Sabah" səfərdə "Neftçi" ilə heç-heçə edib.
Qaynarinfo-nun məlumatına görə, "Palms Sports Arena"da baş tutan görüş qolsuz bərabərliklə yekunlaşıb.
Bu nəticədən sonra "Neftçi" 16 xalla turnir cədvəlinin ilk pilləsində yer alıb. Eyni xala malik "Sabah" isə ikincidir.
Xatırladaq ki, turun bu gün baş tutan ilk matçında "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib. VII tura oktyabrın 11-də yekun vurulacaq.


Şərhlər