Xəbər lenti

Könül Vəlibəylinin qızının son vəziyyəti açıqlandı
Ölkə22:47 07.12.2025

Könül Vəlibəylinin qızının son vəziyyəti açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş verən yanğında xəsarət alan Ləman Qulamovanın son vəziyyəti açıqlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Xəyalə Rəis məlumat yayıb:
"Ləmanı Yeni Klinikaya gətirdiyimiz zaman onun ürəyi bir neçə dəfə dayanmışdı və yaşamaq şansı çox az idi. Amma çox şükür ki, gözlədiyimiz möcüzə baş verdi - Ləman ayıldı. Hazırda vəziyyəti yaxşılaşır: danışır, qidalanır və özünü daha yaxşı hiss edir".
Qeyd edək ki, Ləman Qulamova Milli Geyim Evinin rəhbəri, sözügedən yanğında həlak olan Könül Vəlibəylinin qızıdır.
Xatırladıq ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə zamanı üç nəfər həlak olub, 20 nəfər tüstüdən zəhərlənib.