Avstriya rus diplomatlardan birini qovmaq qərarına gəlib.
Qaynarinfo xəbər verir ki, respublikanın Xarici İşlər Nazirliyi Rusiyanın hərəkətlərinin diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına zidd olduğunu bildirib.
Bu barədə departamentin rəsmi nümayəndəsi Klaudiya Türçer Avstriya mətbuatının açıqlamalarını şərh edərkən deyib.
Rus diplomata sentyabrın 1-dək ölkəni tərk etmək əmri verilib.
"Kronen Zeitung”a görə, diplomat sənaye casusu olmaqda şübhəli bilinir.
Rusiya Dövlət Duması Rusiya diplomatının Avstriyadan qovulmasına adekvat cavab veriləcəyini deyib.
Beynəlxalq işlər komitəsinin rəhbəri Leonid Slutskinin fikrincə, bu "ikitərəfli münasibətləri korlayan son dərəcə xoşagəlməz addım" Avropadakı çoxsaylı diplomatik qalmaqallar çərçivəsində təxribat ola bilər. Onun sözlərinə görə, heç kim diplomatiyada qarşılıqlı prinsipləri ləğv etməyib, buna görə Moskvanın cavabı olacaq.
Alpər
Şərhlər