Xəbər lenti

Azad edilmiş ərazilərdə səs verəcək seçicilərin sayı açıqlandı
Siyasət 13:19 20.12.2023

Azad edilmiş ərazilərdə səs verəcək seçicilərin sayı açıqlandı

Azad edilmiş ərazilərə növbədənkənar Prezident seçkilərinə qədər köçürülmə olsa, orada səs verə biləcəklər.

Qaynarinfo xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qanunvericiliyə əsasən, seçici 6 ay ərzində yaşadığı yer üzrə qeydiyyata alınır: "Bu gün azad olunmuş ərazilərdə 23 mindən çox seçici var. Yeni seçicilər gedərsə, yeni köç olarsa, 6 ay tamamlanmasa da biz onları qeydiyyatdan çıxma vəsiqəsi ilə təmin edəcəyik ki, orada səs verə biləcək”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->