Xəbər lenti

Azər Baxşaliyevin orqanizmi yaşama qabiliyyətini itirib
Ölkə 10:19 05.01.2025

Azər Baxşaliyevin orqanizmi yaşama qabiliyyətini itirib

Dünən axşamdan etibarən həkimlərin səyləri baxmayaraq, aktyor Azər Baxşaliyevin ümumi vəziyyətində geridönməz proseslər baş verib.

Bu barədə APA-ya Azərbaycan Tibb Universitetinin mətbat katibi Günel Aslanova xəbər verib.

Bildrilib ki, poli orqan çatmamazlığı səbəbindən, orqanizm yaşama qabiliyyətini itirib: "Bu səbəbdən Azər Baxşaliyevin valideyn və ailə üzvlərinin istəyi ilə xəstə süni tənəffüs aparatından ayrılıb, bu gün evə aparılır".

Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən aktyor yanvarın 1-də xəstəxanaya koma vəziyyətində daxil olub. Yanvarın 2-də ürəyi dayanmış, həkimlərin səyi ilə ürək fəaliyyəti bərpa edilmişdi.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->