Xəbər lenti

Ekonomiks 23:39 03.09.2015

Azərbaycan Ermənistanın internetini nəzarətdə saxlayacaq? – EKSPERT

Əgər doğrudan da Azərbaycanın beynəlxalq kampaniyaları, böyük telekommunikasiya şirkətləri beynəlxalq informasiya kanallarını əldə edə bilirlərsə bu, yaxşı bir haldır.

Oxu.Az-a bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Azərbaycanın aparıcı internet provayderi olan “Azeronline”-nın Gürcüstanın ən böyük internet provayderi “Caucasus Online”dan 1200 km uzunluğunda optik lifli kabelin alınması ilə maraqlanması nə qədər həqiqətdir? sualına cavab olaraq bildirib. 

O.Gündüz hesab edir ki, əgər bu informasiya həqiqətdirsə, bununla Azərbaycan şirkətlərinin təsir dairəsi genişlənəcək:

“Əslində bu cür beynəlxalq informasiya kanalları üzərindən müxtəlif ölkələr internet ala bilirlər. Bu həm də Azərbaycanın imici məsələsidir” - deyə, o bildirib.

Gürcü KİV-nin yazdığına görə, bununla Ermənistanın internetinin 85%-i Azərbaycandan asılı olacaq və o, bu informasiya həcminə nəzarət edə biləcək.

Ekspert isə bildirib ki, bu xətt üzərindən hansısa ölkənin internet alması ikinci dərəcəli məsələdir:

“Bu məsələdə təkcə, Ermənistandan deyil, bu xətt üzərindən internet alan bütün ölkələrdən söhbət gedə bilər. Bununla belə, düşünürəm ki, bu xətt üzərindən Ermənistan və ya hansısa ölkənin internet alması ikinci dərəcəli məsələdir. Bəlkə də, onlar bu xətt üzərindən internet belə almayacaqlar. Bu məsələr yəqin ki, dəqiqləşəcək”.

“Hansısa ölkənin internet almağından asılı olmayaraq, bu cür qlobal, beynəlxalq magistralları Azərbaycan şirkətləri əldə edə bilirlərsə, bu yaxşı bir haldır” - deyə, O.Gündüz bir daha vurğulayıb. 

Qeyd edək ki, bir müddət əvvəl gürcü KİV-i yazırdı ki, Azərbaycanın aparıcı internet provayderi olan “Azeronline” Gürcüstanın ən böyük internet provayderi “Caucasus Online”dan 1200 km uzunluğunda optik lifli kabelin alınması ilə maraqlanır.

Qəzet yazır ki, optik lifli kabel “Caucasus Online” tərəfindən 2008-ci ildə Qara dənizin dibi ilə çəkilib və Avropadan interneti ən qısa yolla Cənubi Qafqaz ölkələrinə çatdırır. 

Ermənistanda internetin 85%-i, Azərbaycanda 50%-i, Gürcüstanda isə 55%-i bu kabelin köməyi ilə təmin olunur.

“Beləliklə, Azərbaycanın marağı təəccüblü deyil - tam yükləndiyi təqdirdə kabel böyük gəlir gətirə bilər. Bundan başqa, Ermənistanın internetinin 85%-i Azərbaycandan asılı olacaq və o, bu informasiya həcminə nəzarət edə biləcək” - deyə, KİV qeyd edib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->