Azərbaycan internet məkanında daha bir maraqlı sayt - interaktiv sözlük platforması fəaliyyətə başlayıb.
Qaynarinfo-nun verdiyi xəbərə görə,
Sedevr.com adlanan yeni sayt yazmağı, oxumağı, araşdırmağı sevən insanların bir araya gəldiyi bir platformadır.
Sedevr.com daxilində 2 fərqli istifadəçi mövcuddur. Yazarlar və oxucular. Yazarlıq vəzifəsi verilən istifadəçilər istədikləri kateqoriyada yazmaqda sərbəstdirlər.
Saytın məqsədi Azərbaycan daxilində naməlum suallar, nəticəsi məlum olmayan hadisələrə cavab tapmaq və az bilinən məlumatları hər kəsə yaymaqdır.
Şərhlər