Xəbər lenti

Hər şey 800 metrlik məsafədədir - Dünyanın gəzinti üçün ən yaxşı şəhəri
Dünya 23:31 26.09.2024

Hər şey 800 metrlik məsafədədir - Dünyanın gəzinti üçün ən yaxşı şəhəri

İtaliyanın Florensiya şəhəri Avropanın ən gəziləsi şəhəridir. 

Qaynarinfo xəbər verir ki, bunu "İnsider Monkey" investisiya saytının araşdırmasının nəticələri sübut edir.

Resursun mütəxəssisləri ən populyar turistik yerlər arasındakı məsafəni müqayisə edib və şəhərlərdə havanın keyfiyyətini təhlil ediblər. Beləliklə, Florensiyada bütün əsas görməli yerləri bir-birindən təxminən 800 metr radiusda yerləşir və şəhərin mərkəzini iki saat ərzində gəzmək olar.
 


"Florensiyanın gediş-gəlişi onun tarixi mərkəzindən keçir, burada dar zolaqlar Katedral və Ponte Vessio kimi görməli yerlərə aparır", deyə mütəxəssilər qeyd edir.

Bildirilir ki, UNESCO-nun siyahısına daxil olan tarixi mərkəz Uffizi Qalereyası, Ponte Vessio, Piazza della Siqnoria, Piazza del Duomo və Santa Maria del Fiore Katedrali kimi füsunkar attraksionlara ev sahibliyi edir. 

Gəzinti üçün ən yaxşı 10 şəhər:

1. Florensiya
2. Riqa (Latviya)
3. Hamburq (Almaniya)
4. Porto (Portuqaliya)
5. Madrid (İspaniya)
6. Edinburq (Böyük Britaniya)
7. Tallinn (Estoniya)
8. Stokholm (İsveç)
9. Sidney (Avstraliya)
10. Boston (ABŞ)

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->