İdman 12:01 17.07.2019

Azərbaycan millisinin iki futbolçusu Rusiya klubunda

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin iki futbolçusu karyerasını Rusiyada davam etdirəcək.

Qaynarinfo xəbər verir ki, Vüsalə HacıyevaJalə Məhsimova İjevsk "Torpedo”suna keçib.

Müdafiəçi Vüsalə Hacıyevanın son klubu Balakən təmsilçisi "Qubek” olub. O, əvvəllər də "Torpedo”da çıxış edib. 

Yarımmüdafiəçi Jalə Məhsimova isə son olaraq "Uğur”da forma geyinib.

Qeyd edək ki, Rusiya çempionatının yüksək liqasında mübarizə aparan "Torpedo” 11 turdan sonra 8 komanda arasında 7-ci pillədə qərarlaşıb.