Azərbaycan millisinin üzvü ABŞ-da 8-ci qolunu vurdu (VİDEO)
Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov ABŞ Milli Futbol Liqasında (USL) növbəti qolunu vurub.
Qaynarinfo xəbər verir ki, "Finiks Rayzinq" klubunda çıxış edən 29 yaşlı hücumçu bu dəfə "Las-Veqas Layts"la səfər matçında fərqlənib. Meydana start heyətdə çıxan Dadaşov 90+5-ci dəqiqədə son nöqtəni qoyub - 2:0. Bu, təcrübəli forvardın USL-də 8-ci qolu olub.
Hazırda "Finiks Rayzinq" 11 oyundan 23 xalla B qrupunda liderdir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər