İdman 11:00 17.05.2023

Azərbaycan Premyer Liqasında 34-cü tura yekun vurulur

Bu gün Azərbaycan Premyer Liqasında 34-cü tura yekun vurulacaq.

Qaynarinfo-nun məlumatına görə, "Sabah" səfərdə "Sumqayıt"ın qonağı olacaq. "Sabah"ın "Beşiktaş"la yoldaşlıq matçına (3:3) görə təxirə salınmış oyun saat 19.00-da "Kapital Bank Arena"da başlayacaq. 

İki komanda bunadək ölkə çempionatında 18 dəfə üz-üzə gəlib. Oyunların 6-da "Sumqayıt", 9-da "Sabah" meydandan qələbə ilə ayrılıb. 3 qarşılaşmada qalib müəyyənləşməyib. Top fərqində Bakı klubu üstündür - 33:19. "Sumqayıt" son 6 oyunda qələbə qazanmayıb. "Sabah" ardıcıl üç dəfə böyük hesabla qalib gəlib.

Azərbaycan Premyer Liqası, 34-cü tur

17 may

19:30. "Sumqayıt" - "Sabah"
 
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Kamran Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
"Kapital Bank Arena".

Turun əvvəlki oyunları aşağıdakı hesablarla nəticələnib
 
"Zirə" - "Kəpəz" 1:1
"Neftçi" - "Şamaxı" 1:1
"Qəbələ" - "Turan Tovuz" 2:1
"Səbail" - "Qarabağ" 0:3
 
"Qarabağ" - 87, "Sabah" - 77, "Neftçi" - 62, "Qəbələ" - 48, "Zirə" - 46, "Turan Tovuz" - 38, "Kəpəz" - 30, "Sumqayıt" - 28, "Səbail" - 25, "Şamaxı" - 24
 
Səbuhi Həsənov