Xəbər lenti

Azərbaycan-Türkiyə-Pakistan görüşü: İlk növbədə hərbi sahə... (ŞƏRH)
Siyasət 15:07 14.01.2021

Azərbaycan-Türkiyə-Pakistan görüşü: İlk növbədə hərbi sahə... (ŞƏRH)

"Azərbaycan, Türkiyə və Pakistan görüşü ilk növbədə hərbi sahədə hər üç ölkənin marağında olan yaxınlaşmadır".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımlı Azərbaycan, Türkiyə və Pakistan Xarici İşlər nazirlərinin Pakistanın paytaxtı İslamabadda keçiriləcək görüşündən danışarkən deyib. Politoloq qeyd edib ki, bu görüşün gələcəkdə Azərbaycana hərbi nöqteyi-nəzərdən hansısa müsbət tərəfləri olacaq:



"Təbii ki, Pakistanla Türkiyənin yaxınlaşması tək hərbi deyil, eyni zamanda siyasi çəhətdən çox önəmlidir. Türkiyənin bir çox beynəlxalq təşkilatlarla, o cümlədən də Pakistanın Hindistanla olan münasibətlərində bu ölkəyə siyasi, diplomatik dəstəyin verilməsi önəmlidir. Amma hesab edirəm ki, bu yaxınlaşma ilk növbədə daha çox hərbi nöqteyi-nəzərdən üç ölkənin marağında olan məsələdir".

Azər Qasımlı bildirib ki, Pakistan bundan sonra da Azərbaycana dəstəyini əsirgəməyəcək:

"Türkiyə onsuz da bizə dəstək verir. Pakistan da bundan sonra beynəlxalq təşkilatlarda bizə dəstəyini əsirgəməyəcək".

Politoloq hesab edir ki, bu görüşün Qarabağ probleminə hər hansı təsiri olmayacaq:

"Qarabağa o vaxt təsiri olardı ki, bölgə Rusiyanın nəzarətindən çıxa və yenidən Minsk qrupunun fəaliyyət dairsəinə daxil ola. Bundan başqa Minsk qrupunyn həmsəd ölkələri arasında dəyişiklik olsun, yaxud da Azərbaycan-Rusiya-Ermənistan üçlüyünə Türkiyə də qatılsın. O zaman bu "üçlüy"ün Qarabağa təsiri ola bilər".

Qeyd edək ki, bu gün Azərbaycan, Türkiyə və Pakistan Xarici İşlər nazirlərinin Pakistanın paytaxtı İslamabadda görüşü keçiriləcək.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->