İdman 16:34 26.11.2021

Azərbaycan UEFA reytinqində mövqeyini qorudu

Avrokubok matçlarından sonra UEFA ölkələrin yeni reytinq cədvəlini açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, Azərbaycan reytinqindəki mövqeyini qoruyub.

Konfrans Liqasında mübarizə aparan "Qarabağ"ın öz meydanında Kipr təmsilçisi "Omoniya" ilə ev heç-heçəsi (2:2) ölkənin aktivinə daha 0,250 xal yazdırıb. Lakin bu xal sıralamada hər hansı dəyişikliyə səbəb olmayıb.

Hazırda 17,000 xalla 25-ci pillədə qərarlaşan Azərbaycan ən yaxın izləyicisi Rumıniyadan 0,350 xal öndədir.
 
Səbuhi Həsənov