Xəbər lenti

Azərbaycan və Türkiyənin Baş Qərargah rəisləri görüşdü
Ölkə 20:10 29.05.2024

Azərbaycan və Türkiyənin Baş Qərargah rəisləri görüşdü

"EFES - 2024” çoxmillətli təlimində iştirak etmək məqsədilə Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb.


Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan MN məlumat yayıb.


Məlumata görə, görüşdə hərbi və hərbi-texniki əməkdaşlığn cari vəziyyəti müzakirə edilib, həmçinin qarşılıqlı təcrübə mübadiləsi məqsədilə birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi vurğulanıb.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->