XİN-dən “Euronews”un çəkiliş qrupunun atəşə tutulmasına münasibət

XİN-dən “Euronews”un çəkiliş qrupunun atəşə tutulmasına münasibət

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) "Euronews”un çəkiliş qrupunun Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasına münasibət bildirib.

Qaynarinfo-nun xəbərinə görə, XİN-in "Twitter” hesabında bildirilib ki, beynəlxalq humanitar hüquq jurnalistlərə qarşı hücumları qadağan edir.

Qeyd olunub ki, "Euronews”un çəkiliş qrupunun hücumuna məruz qalması mülki vətəndaşları və jurnalistləri hədəf alan Ermənistanın əsl üzünü bir daha göstərir: "Ermənistan beynəlxalq hüquqa dair öhdəliklərini kobud şəkildə pozaraq jurnalistlərə hücum edir!”
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR