Azərbaycanda büdcəsinə görə ən varlı bələdiyyələrin adları məlum olub.
Qaynarinfo xəbər verir ki, Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov illik büdcə gəliri 1 milyon manatdan çox olan bələdiyyələrin ilk "5-lik”ində hanıs yerli özünü idarəetmə orqanlarının olduğuna aydınlıq gətirib.
Onun bildirdiyinə görə, Bakıdakı bələdiyyələr arasında büdcə gəliri 1 milyon manatı ötən beş bələdiyyə var. Bunlar Xətai, Nərimanov, Yasamal, Nəsimi və Səbail bələdiyyələridir.
2023-cü ilin nəticələrinə görə, bu bələdiyyələrin büdcə gəliri 1 milyon manatdan çoxdur. Onlar həm də ölkədə ən varlı bələdiyyələr hesab olunur.
Ölkə üzrə ən varlı bələdiyyə büdcəsi 2 milyon manatlıq həddi keçən Xətai bələdiyyəsidir.
Şərhlər