Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata görə, bu gün bəzi internet telekommunikasiya operator və provayderlərinin xidmətlərində müvəqqəti ləngimələr müşahidə olunub.
Açıqlanan məlumatda qeyd olunub ki, ölkəyə internet trafiki təqdim edən əsas "backbone" operatorlardan biri olan "Delta Telekom"a qarşı DDoS tipli genişmiqyaslı kiberhücum həyata keçirilib.
DDoS tipli kiberhücum nədir?
Qaynarinfo DDoS kiber hücumu haqqında məlumatı təqdim edir:
DDoS tipli genişmiqyaslı kiberhücum — "Distributed Denial of Service” (paylanmış xidmətin inkarı) hücumunun geniş miqyasda həyata keçirilməsini ifadə edir. Bu hücumun məqsədi bir vebsaytın, serverin və ya onlayn xidmətin normal fəaliyyətini pozmaqdır.
Sadə dillə desək, DDoS hücumunda çox sayda zombi-kompüter (botnet) və ya yoluxmuş cihaz eyni anda hədəf serverə böyük həcmdə sorğu (trafik) göndərir. Nəticədə server resursları- prosessor, yaddaş, şəbəkə zolağı həddən artıq yüklənir və real istifadəçilər xidmətə daxil ola bilmir.
Genişmiqyaslı DDoS hücumu isə bu prosesin çox böyük ölçüdə – minlərlə, bəzən milyonlarla cihaz vasitəsilə aparılmasını bildirir. Belə hücumlar bank sistemlərini sıradan çıxara, dövlət portallarını əlçatan edə və elektron ticarət platformalarını iflic edə bilər.
Bu tip hücumların bir neçə əsas xüsusiyyəti var
Paylanmış mənbələr: Hücum tək bir kompüterdən yox, dünyanın müxtəlif nöqtələrindəki cihazlardan həyata keçirilir.
Kütləvi trafik: Serverin normal işləməsi üçün nəzərdə tutulan limiti aşan həcmdə sorğu göndərilir.
Xidmətin dayanması: Hədəf sayt və ya sistem ya tam çökür, ya da çox ləng işləyir.
Qeyd edək ki, maliyyə itkisi, nüfuz zərəri, istifadəçilərin məlumatlarının təhlükəyə düşməsi və xidmətin uzun müddət əlçatmaz olmasıdır.
Günay
Şərhlər