Xəbər lenti

Rəqsanə İsmayılovanın şikayəti təmin olunmadı
Ölkə15:25 21.08.2025

Rəqsanə İsmayılovanın şikayəti təmin olunmadı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müğənni Rəqsanə İsmayılovanın barəsində olan həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib.
"Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun şikayəti təmin edilməyib.
Qeyd edək ki, onun barəsində avqustun 16-da 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.
R. İsmayılova iki nəfər zərərçəkən şəxsin 35 min manat dəyərində qızıl-zinət əşyalarını və 520 min ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirməkdə təqsirləndirilir.