2024-cü ildə Zərdab şəhərində yolların əsaslı təmirinə yarım milyon manatdan çox vəsait xərclənib. Cari ildə yenidən yolların əsaslı təmirinə ehtiyac yaranıb.
Qaynarinfo xəbər verir ki, Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Zərdab şəhəri üzrə nümayəndəliyinin yolların əsaslı təmiri ilə bağlı keçirdiyi tenderin qalibi ötən il olduğu kimi bu il də "Agroyol-İnşaat" MMC seçilib. Bu dəfə yolların təmirinə 585 656,04 manat xərclənəcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Aqroyol-İnşaat” MMC 5 dekabr 2005-ci il-də qeydiyyata alınıb. Nizamnamə 20 AZN olan şirkətin hüquqi ünvanı Ucar rayonu, Ucar şəhəri, 29-cu məhəllədə yerləşir. MMC-nin qanuni təmsilçisi Nuriyev Vaqif Əlisa oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadədir. O, Azərbaycanın müdafiə sənayesi naziri olmuş mərhum Yavər Camalovun qardaşıdır. Mərdan Camalzadə Zərdabdan əvvəl Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.
Mərdan Camalzadənin Zərdab şəhəri üzrə nümayəndəsi isə Səməd Cəfərovdur.
Seyid
Şərhlər