“Apple” ticarət nişanının Azərbaycanda rəsmi təmsilçisi "Almastore" mağazalar şəbəkəsində "iPhone" telefonlarının satışı dayandırılıb.
“Apple” məhsullarını ölkəyə idxal edən "Almastore"dan “Report”a verilən məlumata görə, ölkəyə "iPhone"ların idxalı dayandırılıb və prosesin may ayından sonra bərpa olunacağı gözlənilir: "O vaxta qədər isə “Almastore” mağazalarında "iPhone" satılmayacaq".
Bununla yanaşı bildirilib ki, may ayından sonra Azərbaycana gətiriləcək telefonlar yeni qiymətlə satışa çıxarılacaq və bu, indikindən bir qədər yüksək olacaq.
Qaynar.info
Şərhlər