Türkiyə Super Kubokunun "Qalatasaray"la "Fənərbağça" arasında keçiriləcək final matçı Azərbaycanda canlı yayımlanacaq.
Qaynarinfo xəbər verir ki, İstanbul derbisini Azad Azərbaycan (ATV) və Sport TV kanalları azarkeşlərə təqdim edəcək.
Qeyd edək ki, sabah axşam İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək "Qalatasaray" - "Fənərbağça" Super Kubok finalı Bakı vaxtı ilə saat 19.45-də başlayacaq. Əvvəlcə qarşılaşmanın Bakı vaxtı ilə saat 21.30-da start götürməsi nəzərdə tutulsa da, hava şəraitinə görə dəyişdirilib.
Oyunu Halil Umut Meler idarə edəcək.
Şərhlər