Xəbər lenti

İran və Ermənistan rəsmiləri "Tramp marşrutu"nu müzakirə ediblər
Ölkə22:47 09.01.2026

İran və Ermənistan rəsmiləri "Tramp marşrutu"nu müzakirə ediblər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan iranlı həmkarı Məcid Taxt-Ravançi siyasi məsləhətləşmələr aparıblar.
"Report" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, görüş zamanı tərəflər Ermənistan və İran arasında ikitərəfli münasibətlərlə bağlı məsələləri, eləcə də regional və beynəlxalq tədbirlərlə bağlı problemləri müzakirə ediblər.
Tərəflər enerji, infrastruktur, səhiyyə, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də "Tramp marşrutu"nun (TRIPP) açılması ilə gözlənilən yeni imkanların müzakirəsi də daxil olmaqla, konkret proqramların həyata keçirilməsi barədə fikir mübadiləsi aparıblar.