Xəbər lenti

Azərbaycanın nə qədər su ehtiyatı var?
Ekonomiks 10:58 28.02.2024

Azərbaycanın nə qədər su ehtiyatı var?

Azərbaycan su ehtiyatı məhdud olan ölkədir. Respublikamızın yerüstü su ehtiyatları 30 milyard kibmetr təşkil edir. Bu ehtiyatların yalnız 30 faizi respublika ərazisində, 70 faizi isə qonşu ölkələr ərazisindən daxil olur.

Trend xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda ictimai dinləmədə deyib.

Agentlik sədri bildirib ki, son illər baş verən iqlim dəyişiklikləri səbəbindən respublikamızda yerüstü su ehtiyatları kəskin azalıb:

"Bunun 4,8 milyard kubmetri ölkə ərazisində formalaşıb, 12,2 milyardı isə qonşu ölkələrdən daxil olub. Bu səbəblərdən ölkə ərazisində su ehtiyatlarının səmərəli istifadəsinin təmin edilməsi, su itkilərinin qarşısının alınması sistemlərinin müasir səviyyədə yenidən qurulması, yeni su mənbələrinin yaradılması tələb olunur".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->