Xəbər lenti

Azərbaycanın xarici kredit borcu artdı: 10 milyarda az qaldı
Ekonomiks 15:58 12.06.2018

Azərbaycanın xarici kredit borcu artdı: 10 milyarda az qaldı

Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycan beynəlxalq maliyyə qurumları və digər kredit təşkilatları ilə 14,2 milyard ABŞ dolları məbləğində kredit sazişləri imzalayıb.

Qaynarinfo Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə xarici dövlət borcunun ümumi məbləği 9,6 milyardd dollar təşkil edib.

Bu, ölkənin ümumi daxili məhsulunun (ÜDM) 22%-i qədər olmaqla adambaşına 972,4 dollar xarici dövlət borcu deməkdir. 

Cəlb edilmiş kreditlərin 46,5%-i sabit, 53,5%-i isə dəyişkən dərəcəli olub. Xarici dövlət borcunun 43,9%-i 10 ilə qədər müddətdə, 52,3%-i 10 ildən 20 ilə qədər müddətdə, 3,8%-i isə 20 ildən artıq müddətdə kreditorlara qaytarılmalıdır.

Bu ilin I rübündə imzalanmış kredit sazişləri üzrə 255,9 milyon dollar vəsait istifadə edilib.
 
Qeyd edək ki, 2017-ci ilin yekunlarına əsasən, Azərbaycanın ümumi dövlət borcu 17 milard manat olub. Bu isə adambaşına 1718 manat 30 qəpik edir. Bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov məlumat vermişdi.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->