Azərbaycanda son illərdə film sektorunda canlanma hiss olunur. Xeyli sayda yerli film proyektləri izləyiciləri kinoteatrlara çəkə bilir.
Ancaq bu dəfə sizinlə yerli rejisorların çəkdiyi qısametrajlı filmləri təqdim edirik. Onlarla qısametrajlı film arasında seçim etmək çətin olduğu üçün hissə-hissə paylaşırıq.
İlk olaraq Sonuncu, Zərdüşt belə dedi, Koramal, Sudan və Paradoks‘u təqdim edirik.
1. Sonuncu
“Sonuncu” qısa filmi Kann Film Festivalında da göstərilən yerli filmlərdən biridir. İkinci Dünya Müharibəsinin son veteranından bəhs edən film 2015-ci ildə çəkilib.
2. Koramal
İran Rəhmət Film Festivalında “Ən Yaxşı Film” nominasiyası üzrə mükafat alan filmin rejisorları isə Xəyyam Abdulla və Elməddin Alıyevdir. Bundan başqa “Ağ qan” filmini də çəkən heyətin “Koramal” filmi isə 2009-cu ildə göstərilib.
3. Zərdüşt belə dedi
Filmdə Orxan, qardaşını axtarır. Dostu ilə birlikdə qardaşının axtarışına çıxan Orxan Zərdüştdən xəbər tutur və son şansını yoxlayır. Filmdə hadisələr Orxan, Zərdüşt, qardaş üçbucağında keçən simvollarla dolu hekayələrdən ibarətdir.
4. Paradoks
Paradoks qısametrajlı filmi Bakının köhnə məhəllələrindən birində çəkilib. Film ArtMedia Baku tərəfindən çəkilib. Rejisor isə Pərdə filmi ilə tanınmış Emil Quliyevdir.
5. Sudan
«Sudan» bədii qısa filmi Azərbaycan, Fransa və İtaliya üçbucağında, 2014-cü ilin may və avqust aylarında filmə alınıb. Film, monoton həyata sahib İlyasın son məqamda intihar cəhdi ilə bir anda yaşamının alt-üst olmasından bəhs edir.
«Sudan» 2015-ci ildə “Brooklyn Film Festival” və “Great Lakes Film Festival”-da “Ən yaxşı qısa film” nominasiyasında yarışıb.
Qaynarinfo.Az
Mənbə: Pahoo.Az
Şərhlər