Xəbər lenti

Azərbaycanlı xanım müğənni Türkiyədə gizli evləndi (FOTOLAR)
Foto 11:32 12.11.2021

Azərbaycanlı xanım müğənni Türkiyədə gizli evləndi (FOTOLAR)

Sosial şəbəkələr vasitəsilə məşhurlaşan, daha sonra Türkiyədə populyarlaşan müğənni Nahidə Babaşlı gizli ailə qurub. 

Qaynarinfo olay.az-a istinadən xəbər verir ki, sənətçi bir neçə ay öncə Türkiyə vətəndaşı Serkan Küçükceylanla ailə qurub. Cütlük pandemiya səbəbilə toy etməyib və nikah bağlayıb.

Nahidə Babaşlı evləndiyini gizlətməyi üstün tutub. Serkan Küçükceylan onunla birgə fotolarını izləyiciləri ilə bölüşsə də, ifaçı həyat yoldaşı ilə bağlı paylaşım etməyib.

Qeyd edək ki, Nahidə Babaşlı bu il keçiriləcək "Altın Kelebek" mükafatlarına "Azərbaycanın parlayan gənc ulduzu" kateqoriyasında namizəddir.

--> -->