Şamaxı rayonunda fəaliyyət göstərən "Tərəqqi-RD" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, sözügedən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü (Dövlət Əmək Müfəttişliyi tərəfindən verilən qanuni əmrlərin və ya tələblərin icra edilməməsi, yaxud müfəttişin fəaliyyətinə maneə törədilməsi ilə bağlı inzibati məsuliyyət) maddəsi ilə protokol tərtib edilib.
Sənəd Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib olunub və işə məhkəmədə baxılıb.
Məhkəmənin qərarı ilə "Tərəqqi-RD" MMC İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 2000 manat cərimə edilib.
Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Mikayılov Rəfail Mehman oğludur.
Aydın
Şərhlər