Xəbər lenti

Buraxılış imtahanında 8 nəfər maksimum nəticə göstərib (ADLAR)
Ölkə 16:13 08.05.2026

Buraxılış imtahanında 8 nəfər maksimum nəticə göstərib (ADLAR)

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 12-də keçirilən buraxılış imtahanı iştirakçıları arasında 7 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Bu barədə Qaynarinfo-ya DİM-dən məlumat verilib.

Bildirilib ki, bundan əlavə, ingilis dilində tədris alan 1 nəfər 200 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Qeyd edək ki, fərqli dildə tədris aparılan məktəblərin məzunları 2 fənn (riyaziyyat və xarici dil) üzrə imtahan verir və maksimal toplaya biləcəkləri bal 200-dür.

--> -->