Ekonomiks 14:41 07.01.2024

"Azəriqaz"ın "Açıq mikrofon" aksiyası davam edir

Növbəti həftə (8, 9, 11 və 12 yanvar tarixləri) saat 11:00-dan 12:00-dək 4 rayonda "Azəriqaz" İB-nin "Açıq mikrofon” aksiyası keçiriləcək. 

Qaynarinfo xəbər verir ki, aksiya həftənin 1-ci günü Qax rayonunda (Heydər Əliyev Parkı), 2-ci günü Oğuz rayonunda (Gənclik massivi), 4-cü günü Qəbələ rayonununda (Yemişanlı kəndi), 5-ci günü isə Ağdaş rayonunda (Qaradeyin kəndi) baş tutacaq. 

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.